Modern.az

Heydər Əliyev Mərkəzində məşhur dirijorun konserti olacaq

Heydər Əliyev Mərkəzində məşhur dirijorun konserti olacaq

Aktual

2 Oktyabr 2018, 10:16

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı dirijor Alvize Kazellatinin rəhbərliyi ilə konsert proqramı təqdim olunacaq.

Modern.az xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Tamaşaçılara görkəmli bəstəkarlar Volfqanq Amadey Motsart və Antonin Dvorjakın əsərləri təqdim olunacaq.

Azərbaycanın Xalq artisti, pianoçu Murad Adıgözəlzadə konsertdə solist olaraq çıxış edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı