Modern.az

Azərbaycan neftinin qiyməti 86 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 86 dollara yaxınlaşır

Aktual

2 Oktyabr 2018, 10:58

Azərbaycan neftinin qiyməti son 4 ilin maksimumuma yüksəlib.

Modern.az-ın məlumatına görə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar bahalaşaraq 85,94 dollar təşkil edib. Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrında 85 dollardan baha satılıb.

Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı