Modern.az

İcazəsiz ov etmək istədi - Nazirlik 1000 manat cərimələdi

İcazəsiz ov etmək istədi - Nazirlik 1000 manat cərimələdi

Aktual

2 Oktyabr 2018, 14:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun “Qazandağı” adlanan ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb və ondan ov tüfəngi götürülüb. 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Goranboy rayon sakini Firəddin Kərimov olduğu məlum olub. Faktla bağlı F.Kərimov barəsində protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!