Modern.az

Müəllimlər Günü ilə bağlı pul yığılır? - Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AÇIQLAMA

Müəllimlər Günü ilə bağlı pul yığılır? - Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AÇIQLAMA

Aktual

2 Oktyabr 2018, 18:48
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə bağlı pul yığılmasına dair şikayət daxil olmayıb.
 
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
"BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı anonim olmadan İdarənin (012) 599-12-22 nömrəli telefonuna və ya Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt” xidmətinə müraciət edilməsi tövsiyə olunur", - İdarədən qeyd olunub
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!