Modern.az

Azərbaycanın qadın şahmatçıları Gürcüstanı məğlub edib

Azərbaycanın qadın şahmatçıları Gürcüstanı məğlub edib

Aktual

2 Oktyabr 2018, 20:16

Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib. Modern.az "Report"a istinadən xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5.

Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb.

Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.

 

Gürcüstan - Azərbaycan - 1,5:2,5

 

Salome Meliya - Günay Məmmədzadə - 0:1

 

İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova 1:0

 

Sofio Qvetadze - Xanım Balacayeva - 0:1

 

Sopiko Xuxaşvili - Gülnar Məmmədova - 0,5:0,5

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı