Modern.az

“Yuventus” Ronaldusuz da qələbə qazandı

“Yuventus” Ronaldusuz da qələbə qazandı

Aktual

2 Oktyabr 2018, 23:33

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun matçlarına start verilib. Modern.az xəbər verir ki, F qrupunda “Mançester Siti” Almaniya səfərində “Hoffenhaym”ı 2:1 hesabı ilə məğlub edərək ilk qələbəsini qazanıb.

 

H qrupunda isə “Yuventus” Kriştianu Ronaldunun yoxluğunda Turində İsveçrənin “Yanq Boyz” klubunu böyük hesabla məğlub edib – 3:0. Hər üç qolu argentinalı Paulo Dibala vurub.

 

Qeyd edək ki, bu gün digər görüşlər saat 23:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı