Modern.az

Voleybolçularımız dünya çempionatında ikinci qələbəsini qazandılar

Voleybolçularımız dünya çempionatında ikinci qələbəsini qazandılar

Aktual

3 Oktyabr 2018, 10:33

Azərbaycanın qadınlardan ibarət yığma komandası Yaponiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

 

Modern.az-ın məlumatına görə, IV tur çərçivəsində Trinidad və Tobaqo yığması ilə qarşılaşan millimiz hər 3 setdə rəqibdən üstün olub - 29:27, 25:16, 25-17. 

 

Bu qələbə ilə xalını 4-ə yüksəldən voleybolçularımız qrupda Tailandla 3-4-cü yerləri bölüşür. Yığmamızın yer aldığı C qrupunda 9 xallı ABŞ 1-ci, 8 xallı Rusiya isə ikincidir. İlk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

 

Xatırladaq ki, millimiz bundan əvvəl Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub etmiş, ABŞ və Rusiya idmançılarına isə 0:3 hesabı ilə yenilmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı