Modern.az

UNEC-də tələbələrə xüsusi təqaüdlər VERİLİR  

UNEC-də tələbələrə xüsusi təqaüdlər VERİLİR   

Aktual

3 Oktyabr 2018, 11:35

UNEC-də tələbələr üçün xüsusi və ikinci əlaçı təqaüdləri mövcuddur.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib. Bildirilib ki, 600-dən yuxarı bal toplayaraq, UNEC-ə qəbul olunan hər bir tələbəyə universitet hesabına tədris ilinin ilk semestri boyunca 100 AZN məbləğində əlavə təqaüd verilir:

“Eyni zamanda UNEC-i seçən beynəlxalq olimpiada və respublika fənn olimpiadaları qalibləri də bir semestr ərzində 100 manat məbləğində universitetin xüsusi təqaüdünü əldə edəcəklər. Bundan başqa, UNEC-də hər kurs üzrə ən çox bal toplayan 15 tələbəyə 100 AZN məbləğində “ikinci əlaçı təqaüdü” verilir. Bunlar ödənişli və ya ödənişsiz təhsil alan tələbələr də ola bilər”.

Aysel Aslan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı