Modern.az

Türkiyənin yeni konsulu Azərbaycan XİN-ə gəldi - FOTO

Türkiyənin yeni konsulu Azərbaycan XİN-ə gəldi - FOTO

Aktual

3 Oktyabr 2018, 12:52

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu  Zəki Öztürkü qəbul etdi.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, görüş əsnasında Zəki Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı