Modern.az

Novxanıda avtomobil 2 piyadanı vurub öldürdü

Novxanıda avtomobil 2 piyadanı vurub öldürdü

Aktual

3 Oktyabr 2018, 14:05

Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurub. Nəticədə onlar hadisə yerində ölüblər.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır