Yaponiyada aviaşirkətlər azı 198 daxili reysi təxirə salıb.
Modern.az-ın Trend-ə istinadən məlumatına görə, bu, Yaponiya sahillərinə yaxınlaşan "Konq-rey" qasırğası ilə əlaqədardır.
Qeyd edək ki, "Konq-rey" qasırğasının oktyabrın 6-7-də Koreya Respublikasının cənub sahillərinə çatacağı proqnozlaşdırılır.
Proqnozlara görə, küləyin surəti saatda 190 km-ə çatacaq.