Prezident İlham Əliyev Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Ağdam rayonunda bərpası nəzərdə tutulan fərdi yaşayış evlərinin yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
| Sıra №-si | Yaşayış məntəqələri | Fərdi yaşayış evlərinin sayı | Ailələrin sayı |
| 1. | Çəmənli kəndi | 23 | 23 |
| 2. | Qaradağlı kəndi (Qaradağlı kənd İƏD) | 11 | 14 |
| 3. | Mahrızlı kəndi | 9 | 9 |
| 4. | Sarıcalı kəndi | 9 | 9 |
| 5. | Hacıməmmədli kəndi | 7 | 7 |
| 6. | Məmmədbağırlı kəndi | 7 | 10 |
| 7. | Orta Qərvənd kəndi | 7 | 7 |
| 8. | Təzəkənd kəndi | 7 | 7 |
| 9. | Evoğlu kəndi | 6 | 8 |
| 10. | İsalar kəndi | 6 | 8 |
| 11. | Ayaq Qərvənd kəndi | 5 | 5 |
| 12. | Əfətli kəndi | 5 | 10 |
| 13. | Çıraxlı kəndi | 4 | 4 |
| 14. | Rzalar kəndi | 4 | 4 |
| 15. | Əhmədağalı kəndi | 3 | 5 |
| 16. | Mirəşelli kəndi | 3 | 4 |
| 17. | Zəngişalı kəndi | 3 | 3 |
| 18. | Kolqışlaq kəndi | 1 | 1 |
| 19. | Şükürağalı kəndi | 1 | 1 |
| Cəmi | 121 | 139
| |