Modern.az

Çili Azərbaycanda səfirlik açır

Çili Azərbaycanda səfirlik açır

Aktual

15 Noyabr 2018, 10:45

Çili Respublikası Azərbaycan Respublikasında diplomatik nümayəndəliyini açmaq qərarı verib.

Bu haqda Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bununla bağlı Çili Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Xarici İşlər Nazirliyinə nota ünvanlanıb.

Notada ikitərəfli münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq, yaxın zamanlarda Çili səfirliyinin Bakıda açılacağı qeyd olunub. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...