Modern.az

Ermənistan rəsmisi Bakıya gəlir

Ermənistan rəsmisi Bakıya gəlir

Aktual

13 Dekabr 2018, 11:07

Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq.

 

Modern.az saytının Ermənistan KİV-nə istinadən məlumatına görə, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

 

Onun sözlərinə görə, Ermənistanı Bakıda keçiriləcək iclasda XİN-in Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

 

Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.

 

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da toplantıda iştirak üçün bu gün Bakıya gələcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu