Modern.az

“SOCAR Polymer” atmosferi çirkləndirdi - Nazirlik hərəkətə keçdi

“SOCAR Polymer” atmosferi çirkləndirdi - Nazirlik hərəkətə keçdi

Aktual

30 Dekabr 2018, 16:55

30 dekabr 2018-ci il tarixində saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Socar Polumer MMC-nin məşəl qurğusundan atmosferə qara tüstünün atıldığı müşahidə olunub.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfinfən araşdırma aparılıb. Müəssisənin məsul şəxsləri yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyini və zavodda qurğuların dayanması nəticəsində atmosferə məşəl vasitəsilə qara tüstü atıldığını bildiriblər. Saat 14:10-da atılmalar dayandırılıb.

 

Hazırda ETSN- nin əməkdaşları tərəfindən ətraf mühitə təsirlərin təhlili məqsədilə araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı