Modern.az

Şamaxıdakı zəlzələdə xəsarət alanlar xəstəxanadan evə buraxılıb  

Şamaxıdakı zəlzələdə xəsarət alanlar xəstəxanadan evə buraxılıb   

Aktual

7 Fevral 2019, 11:33

“Zəlzələ zamanı xəstəxanaya yerləşdirilən insanlar evlərinə buraxılıb. Hazırda hamısının vəziyyəti normaldır”.  

Bunu Modern.az-a açıqlamasında Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səməd Fətəliyev deyib.

 Baş həkimin sözlərinə görə, zəlzələ zamanı  insanlar arasında  ölüm faktı olmayıb.

“Zəlzələ zamanı ölüm halları olmayıb. İnsanlar xəstəxanaya qorxu, həyəcan halları ilə müraciət edib. Bu narahatlıqlar zamanı təzyiq və şəkəri qalxan insanlara lazımi köməklik göstərilib. 3 nəfər isə travma ilə xəstəxanaya gətirilmişdi. Dərhal cərrahi müdaxilə edilib.  Qolunda sınıq olanlara gips qoyularaq nəzarət edilib. Daha sonra isə onlar da evə buraxılıb”.

Şamaxı Rayon İcra Hakimiyyətindən isə əldə etdiyimiz məlumata görə, hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovla birgə icra nümayəndələri zəlzələ olan əraziyə baxış keçirirlər.

Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, fevralın 5-də  respublika ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:31-də episentrdə 6 bal, ətraf ərazilərdə 5.3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində Şamaxı rayonunda və ıtraf rayonlarda ciddi fəsadlar yaranıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı