ABŞ-ın Azərbaycandakı yenu səfiri Li Litzenberqer martın 12-si etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, diplomat etimadnaməni Prezident Əliyevə təqdim etməkdən şərəf duyduğunu bildirib.
O qeyd edib:
“Bizim ölkələrimiz arasında təhlükəsizlik, enerji və iqtisadi əlaqələr, həmçinin demokratiya və idarəetmə məsələləri zəminində qərarlaşan güclü tərəfdaşlıq mövcuddur.
Səfir kimi çalışaraq mən, ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsinə, yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və xalqlarımız arasında əlaqələrin inkişafına yönələn fəaliyyətləri həyata keçirmək niyyətindəyəm”.