Modern.az

Malik Həsənov üç kəndin seçicilərilə görüşüb - FOTOLAR

Malik Həsənov üç kəndin seçicilərilə görüşüb - FOTOLAR

Aktual

13 Mart 2019, 15:15

Bu gün 67 saylı Cəlilabad şəhər seçki dairəsindən millət vəkili seçilmiş Malik Həsənov rayonun Şorbaçı kəndində seçicilər ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə ətraf kəndlərdən Boyxanlı və Cəlayir kənd sakinləri də iştirak edib. Sakinlər ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiklərini bildiriblər. 

Qeyd olunub ki, Azərbaycan rəhbərliyi daim xalqın yanındadır, problemlərlə maraqlanır və həll olunması üçün göstərişlər verir. 

Seçicilər vurğulayıblar ki, Azərbaycan Prezidentinin minimum əmək haqqının və minimum pensiyanın artırılması ilə bağlı imzaladığı sərəncamlar təqdirəlayiqdir. 

Bunlarla yanaşı, seçicilər deputata şikayət və təkliflərini də çatdırıblar. Onlar problemlərinin həllinə inandıqlarını bildiriblər. 

Sakinlərin şikayət və təkliflərini dinləyən deputat, qaldırılan məsələlərin müvafiq aidiyyəti qurumlara icra olunması üçün tapşırıb.

Məsələlərin  bəziləri yerindəcə öz həllini tapıb.

Digər məsələlələr isə nəzarətə götürülüb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı