Modern.az

Nazir qoşunların döyüş fəaliyyətini yoxladı - FOTO

Nazir qoşunların döyüş fəaliyyətini yoxladı - FOTO

Aktual

13 Mart 2019, 21:27

Müdafiə naziri Zakir Həsənov ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara tapşırıqlar verilib.

 

Səhra şəraitində ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

 

Təlim nöqtələrinə baş çəkən müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...