Modern.az

Azərbaycanda ana ölümü azalıb

Azərbaycanda ana ölümü azalıb

Aktual

13 Mart 2019, 22:37

Azərbaycanda ana ölümü göstəricisi azalıb.

Modern.az-ın "Trend"ə istinadən məlumatına görə, 2017-ci ildə ana ölümü əmsalı hər 100 min diri doğulana 14,6 olub. 2018-ci ildə isə bu göstərici 12,2-yə enib.

 

Körpə ölümünə gəlincə isə 2016-cı ildə respublikada bu göstəricisi 11,4 (1 yaşa qədər hər 1000 nəfər diri doğulana) promilli olub.

 

Məlumata görə, 2017-ci ildə körpə ölümü göstəricisi 11,1 promilliyə enib, 2018-ci ildə də bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı