Modern.az

“Həmsədrlərin bəyanatı Ermənistana ünvanlanıb” – Hikmət Hacıyev

“Həmsədrlərin bəyanatı Ermənistana ünvanlanıb” – Hikmət Hacıyev

Aktual

14 Mart 2019, 13:22

"ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyənatındakı bəzi fikirlər Azərbaycanın da mövqeyini əks etdirir. Hesab edirik ki, həmin bəyənat da məhz Ermənistana ünvanlanmışdı".

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyənatını şərh edərkən deyib.

O qeyd edib ki, bəyənatda danışıqlar üçün hansısa şərtin qoyulması, yaxud da danışıqların formatının dəyişdirilməsi kimi məqamlar və cəhdlərin qəbuledilməz olduğu bildirilib:

 "Danışıqlar olduğu formatda davam etdirilməlidir. Həmçinin danışıqlar getdiyi zaman nəticələr barədə hansısa aqressiv, ritorika əsasında fikirlərin söylənilməsi də qəbul edilən yanaşma deyil".  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...