Gürcüstan prezidentinin Ermənistana səfəri çərçivsənidə dediyi sözlər hələ də düşmən ölkədə qıcıq yaratmaqda davam edir.
Belə ki, Salome Zurabişvili Bakı səfəri zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə görə parlament spikeri Ararat Mirzəyanın iradı ilə üzləşib. Buna cavab olaraq, prezident separatçı Dağlıq Qarabağ nümayəndələrinin tanınmamış Abxaziya və Cənubi Osetiyaya səfərlərini xatırladıb və rəsmi Tbilisinin bundan dərin təəssüf hisis keçirdiyini əlavə edib.
Salome Zurabişvilinin Azərbaycanın Qarabağla bağlı mövqeyini Yerevanda dəstəkləməsi ilə bağlı Modern.az “Gürcü Arzusu” partiyasının azərbaycanlı deputatı Mahir Dərziyevdən qısa açıqlama alıb.
Deptatın fikrincə, ərazilərinin işğalı ilə üzləşən Azərbaycanın və Gürcüastanın bir-birini dəstəkləməsi təbii haldır.
“Mən hər fürsətdə böyük məmnuniyyət hissi ilə vurğulamışam ki, Azərbaycan və Gürcüstan strateji müttəfiq, dost, qardaş ölkələrdir. Hər iki ölkə arasında bütün isiqamətlər üzrə münasibətlər yüksələn xətlə inkişaf edir və son dövrlərdə həyata keçirilən iqtisadi layihələr buna bariz nümunədir. Xüsusilə onu vurğulamaq istərdim ki, hər iki ölkənin ən yeni tarixi demək olar eyni tale yaşayıb. Digər SSRİ ölkələrindən fərqli olaraq, hər iki ölkədə milli azadlıq hərəkatının yüksəlişi, keçmiş SSRİ -nin repressiyası, 9 aprel , 20 Yanvar faciəsi və Gürcüstan Azərbaycan ərazisinin separist qüvvələr tərəfində işğala məruz qalması buna bariz nümunədir. Belə ki, Azərbaycan ərazisi Ermənistan, Gürcüstan ərazisi isə Rusiya tərəfindən işğal altındadır. Bu işğal olmasa, Gürcüstanda Cənubi Osetiya və Abxeziya kimi qondarma rejim, o cümlədən Azərbaycanda Dağlıq Qarabağ kimi üzdəniraq respublika mövcud ola bilməzdi. Hər iki ölkə 20 faiz torpağını itirib. Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı 1 milyona yaxındır. Gürcüstanda isə bu rəqəmlər nisbətən aşağıdır. Azərbaycan əsgəri sərhəddə adekvat şəkildə öz sərhədlərini qoruduğu halda Gürcüstanın qeyd etdiyim torpaqları demək olar ki, hər gün daha çox işğala məruz qalmaqdadır. Belə oxşar talelər yaşayan hər iki ölkənin istənilən beynəlxalq tribunada qarşılıqlı olaraq bir-birlərini müdafiə etməsi labüd haldır”.
Əzizə ZEYNAL