Modern.az

Müxalifət lideri əfv sərəncamını alqışladı

Müxalifət lideri əfv sərəncamını alqışladı

Aktual

16 Mart 2019, 20:09

Sabiq deputat, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamını alqışlayıb.

Modern.az-ın məlumatına görə, müxalifət partiyasının sədri bu barədə Facebook-dakı şəxsi səhifəsində fikirlərini bölüşüb:

“Gözəl xanım Bayramlı daxil olmaqla bu gün azadlığa çıxan bütün məhbuslara “həmişə azadlıqda” deyirəm. Bu anda heç bir əlavə şərh vermədən bir qrup siyasi məhbusun azad olunması addımını alqışlayıram və bütün siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını arzu və tələb edirəm. Allah qalanlarının da və ümumiyyətlə, bütün bağlı qapıları açsın!”, - P.Hüseyn qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı