Modern.az

Londonda məscidin yaxınlığında müsəlmanlara hücum oldu - VİDEO

Londonda məscidin yaxınlığında müsəlmanlara hücum oldu - VİDEO

Aktual

16 Mart 2019, 23:56

Londonun Uaytçepel rayonunda iki şəxs məscidin yaxınlığında müsəlmana hücum edib.

Modern.az "Report"a istinadən xəbər verir ki, videogörüntüdə cinayətkarların 27-30 yaşlı şəxsin idarə etdiyi avtomobilə hücümu əks olunur.

Cinayətkarlardan biri avtomobilin salonuna daxil olmağa çalışır, digəri avtomobilin kapotunun üstünə çıxmaq istəyir. Kadrlarda, həmçinin, avtomobilin arxa şüşəsinin sındırıldığı görünür.

 

Şahidlər bildiriblər ki, çəkiclə silahlanan cinayətkarlar müsəlmanların ünvanına təhqir yağdıraraq, onları terrorçu adlandırıblar.

 

Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı