Modern.az

Müsavat Partiyasının təşkilat sədri azadlığa buraxıldı 

Müsavat Partiyasının təşkilat sədri azadlığa buraxıldı 

Aktual

17 Mart 2019, 13:40

Müsavat Partiyasının Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidov azadlığa buraxılıb. 

 

Modern.az xəbər verir ki, qərar Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı çərçivəsində Salyan rayonunun Yenikən kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

 

Qeyd edək ki, Ə.Xurşidov 2017-ci il noyabrın 22-də Şirvan şəhərində həbs olunmuş və Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.  

 

Xatırladaq ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı