Modern.az

Azərbaycanlı idmançı çeçen rəqibini nokauta saldı - VİDEO

Azərbaycanlı idmançı çeçen rəqibini nokauta saldı - VİDEO

Aktual

17 Mart 2019, 22:18

Sankt-Peterbuqda qarışıq döyüş növləri üzrə turnir keçirilib.

Modern.az xəbər verir ki, azərbaycanlı idmançı Tural Rəhimov döyüşlərin birində məğlubedilməz Əhməd Şervaniyevlə qarşılaşıb.

 

Döyüş ilk raundda başa çatıb. T. Rəhimov rəqibini nokauta göndərərək qələbə qazanıb.

 

Qeyd edək ki, Ə. Şervaniyev Qroznı şəhərinin “Ahmat” klubunu təmsil edir.

 

T. Rəhimov 2012-ci ildə Azərbaycandan Sankt-Peterburqa köçüb. O, Ə.Şervaniyevlə döyüşə Bakıda hazırlaşıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı