Modern.az

Şamaxıda azyaşlı su quyusuna düşüb boğuldu

Şamaxıda azyaşlı su quyusuna düşüb boğuldu

Aktual

17 Mart 2019, 23:54

Şamaxı rayonunda uşaq suda boğulub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında, rayonun Göylər kəndində qeydə alınıb.

 

Kənd sakini, 3 yaşlı Günay Qasımova həyətdə oynayarkən su quyusuna düşərək boğulub. Valideynləri dərhal G.Qasımovanı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparıb. Xəstəxanaın Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağır olduğundan, o, Bakı şəhərinə göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!