Modern.az

Bakıda qadın tikilinin içində yanıb öldü

Bakıda qadın tikilinin içində yanıb öldü

Aktual

18 Mart 2019, 10:03

Bakıda qadın tikilinin içində yanıb ölüb.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yasamal rayonunda ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bizi biabır etmə, ayıbdır! - Ermənilərdən Paşinyana etiraz