Modern.az

İlqar Məmmədovun şərti cəzası ləğv olundu  

İlqar Məmmədovun şərti cəzası ləğv olundu   

Aktual

28 Mart 2019, 12:31

REAL hərəkatının sədri İlqar Məmmədovun şərti cəzası ləğv olunub. Modern.az xəbər verir ki, martın 28-də Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin onun haqqında cəzasını dəyişdirib. Cəza 5 il 6 ay 9 günə endirilib və həmin müddət çəkilmiş hesab edilib.

İlqar Məmmədovla bağlı bütün məhdudiyyətlər, o cümlədən, ölkədən çıxış qadağası da aradan qaldırılıb.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilmişdi.

Ötən il Ali Məhkəmənin plenumu İ.Məmmədovun şikayətinə baxaraq, onun işini Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə İ.Məmmədov ötən il avqustun 13-də azadlığa buraxılıb. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi 6 il müddətinə şərti cəza ilə əvəzlənmişdi. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı