Modern.az

Tramp OPEC-i neft hasilatını artırmağa çağırdı

Tramp OPEC-i neft hasilatını artırmağa çağırdı

Aktual

28 Mart 2019, 19:03

ABŞ Prezidenti Donald Tramp OPEC-i neft hasilatını artırmağa çağırıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə D.Tramp “Twitter” səhifəsində yazıb.

O, neft qiymətlərinin daha da artmasının qarşısını almaq üçün bu çağırışı edib:

“OPEC-in neft axınını artırması vacibdir. Dünya bazarları həssasdır, neft qiymətləri həddən artıq bahalaşır”.

 

Qeyd edək ki, bu ilin əvvəlindən “Brent” markalı neftin qiyməti dünya bazarlarında 25 faiz artıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı