Modern.az

İlham Əliyev Avstriyanın vitse-kansleri ilə müzakirə apardı

İlham Əliyev Avstriyanın vitse-kansleri ilə müzakirə apardı

Aktual

28 Mart 2019, 21:30

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vyanada Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe ilə görüşüb. Modern.az xəbər verir ki, Avstriyanın vitse-kansleri ilə Bakıda keçirdiyi görüşü məmnuniyyətlə xatırladan dövlət başçısı həmin görüşdə ikitərəfli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldığını deyib.

Azərbaycan-Avstriya münasibətlərinin, o cümlədən siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bu ölkəyə səfərinin, həmçinin vitse-kanslerlə görüşünün əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristofer Ştraxe ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə görüşünün və apardığı səmərəli müzakirələrin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verdiyini ifadə edib.

Söhbət zamanı Azərbaycan ilə Avstriya arasında iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə əməkdaşlıq formatlarının yaradılması təşəbbüslərinə toxunulub, bu çərçivədə iki ölkənin dövlət qurumları və işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin önəmi vurğulanyıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı