Modern.az

Ağdaşda hamilə qadın özünü çaya ataraq intihar etdi

Ağdaşda hamilə qadın özünü çaya ataraq intihar etdi

Aktual

11 Aprel 2019, 10:56

Ağdaşda intihar hadisəsi baş verib.

Modern.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə saat 03:00 radələrində qeydə alınıb. Rayonun Nehrəxəlil kənd sakini, 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü rayon ərazisindən keçən Türyançay çayına atıb. Nəticədə qadın boğularaq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.İslamova yeddi aylıq hamilə imiş.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı