Modern.az

“Formula 1”in sahibi Bakıya gələcək

“Formula 1”in sahibi Bakıya gələcək

Aktual

11 Aprel 2019, 11:29

“Formula 1”in sabiq sahibi Berni Ekklstoun növbəti dəfə Bakıya gələcək.

 

Modern.az xəbərinə görə, 89 yaşlı britaniyalı iş adamı bu barədə “Corriere della Sera”ya müsahibəsində bildirib. O, “Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisini izləmək üçün Bakıya səfər edəcəyini söyləyib.

Keçmiş funksioner cari mövsümdə cəmi 2 mərhələni canlı izləməyi planlaşdırıdığını deyib: “Həftəsonu Çində baş tutacaq yarışa Londonda televiziya vasitəsi ilə baxacağam. Şanxaya getmək istəyirdim, amma fikrimi dəyişdim. Ola bilsin, Bakıya yollandım və Barselonadakı yarışı buraxmadım”.

 

B.Ekklstoun “Formula-1”ə 1974-cü ildən 2017-ci ilin əvvəlinə qədər rəhbərlik edib.

Qeyd edək ki, Azərbaycan 26 - 28 apreldə 4-cü dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək. 

 

Novruz NOVRUZLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı