Modern.az

Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atdı

Ronaldu Çempionlar Liqasında yeni rekorda imza atdı

Aktual

11 Aprel 2019, 14:44

“Yuventus” hücumçusu Kriştiano Ronaldu “Çempionlar Liqası”nda qollarını sıralamaqda davam edir.

 

Modern.az xəbər verir ki, portuqaliyalı forvard “Ayaks”la keçirilən 1/4 final görüşünün ilk hissəsində rəqibi məyus edib.

Bu, 34 yaşlı forvardın ÇL-də keçirdiyi 161-ci oyunda 125-ci qolu olub. Bu baxımdan öz rekordunu yaxşılaşdıran super ulduz turnirin 1/4 final mərhələlərində vurduğu qolların sayını da 24-ə çatdırıb. O, bu toplardan 16-nı son 12 görüşdə vurub.

 

Qeyd edək ki, “Ayaks” – Yuventus” matçı 1:1 hesablı ilə başa çatıb.

 

Novruz NOVRUZLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı