Millimizin üzvü Dmitri Nazarov karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Modern.az Almaniya mətbuatına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi "Aue"nin formasını geyinən futbolçumuz hazırda B Seriyasında çıxış edən "Peskara"ya keçməyə hazırlaşır.
Məlumata görə, klubla futbolçu arasında danışıqlar yekunlaşmaq üzrədir. Yeganə problem Nazarovun "Aue" ilə 2021-ci ilin yayınadək müqaviləsinin olmasıdır. Almaniya klubunun onun üçün 600 min avro tələb edəcəyi deyilir.
Qeyd edək ki, "Peskara" bu mövsüm A Seriyasına çıxmağı hədəfləyir. Komanda B Seriyasının XXX turunda 48 xal toplayıb və "Verona" ilə 5-6-cı pillələri bölüşür.
Novruz NOVRUZLU