“Manchester United”in yarımmüdafiəçisi Pol Poqbanın karyerasını İspaniyada davam etdirməsi gözlənilir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı ulduz futbolçu "Real"a keçməyə razılıq verib.
Poqbanın meneceri Mino Rayola “Real Madrid” rəhbərliyi ilə bununla bağlı görüş keçirib. Onun bütün tələbləri qəbul edildiyindən, tərəflər arasında ilkin anlaşma əldə olunub.
Keçid reallaşarsa, bu transferdən Rayolanın qazancı 18 milyon avro olacaq. Poqba özü isə “Real Madrid”in ən yüksək ödənişli 3 oyunçusundan birinə çevriləcək.
Novruz NOVRUZLU