Modern.az

Bakıda ilk dəfə Qazaxıstanın Mezzo musiqi qrupunun konserti oldu

Bakıda ilk dəfə Qazaxıstanın Mezzo musiqi qrupunun konserti oldu

Aktual

11 Aprel 2019, 15:58

Aprelin 10-u M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın Mezzo musiqi qrupunun Bakıda ilk solo konserti baş tutub.

 

Modern.az-ın məlumatına görə, tədbir Qazaxıstanın Birinci Prezidenti N.Nazarbayevin 2017-ci ilin aprel ayında Bakıya etdiyi səfər zamanı iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi barədə əldə olunmuş razılıq və Qazaxıstanda gənclər ili çərçivəsində Qazaxıstanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil olunub.

 

Konsertə Azərbaycanın Milli Məclis üzvləri, xarici ölkələrin diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət xadimləri, gənclər və Azərbaycan paytaxtının qonaqları qatılıblar.

 

Qazaxıstanın Azərbaycandakı Səfiri cənab Beybit İsabayev çıxışda qrup barədə məlumat verib və qeyd edib ki, tədbir iki ölkə arasında mədəni əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi baxımında əhəmiyyətli təkan verəcək.

 

Azərbaycanlı tamaşaçılar istedadlı solistləri çox isti qarşıladı. Qazaxıstanlı müğənniləri dünya neoklassikanın xitləri, məşhur Azərbaycan və qazax mahnıları ifa ediblər. Konsert tanaşaçıların gurultulu alqışlarla tamamlanıb.

 

Konsertdən öncə qrup “106FM” radiosunun “Şəhər uşaqları” verilişinin qonağı olub və öz musiqisi, yaradıcılığı, Azərbaycana səfər barədə təəssüratları barədə danışıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı