Modern.az

Mehdiabad yolunda qəza – 3 nəfər yaralandı  

Mehdiabad yolunda qəza – 3 nəfər yaralandı  

Aktual

24 İyun 2019, 13:15

Abşeron rayonunda, Gənclər şəhərciyində (Mehdiabad yolu) yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb:

“Onlardan biri sol diz oynağının travması, o biri alt dodağın kəsilmiş yarası diaqnozu, üçüncü şəxs isə qapalı kəllə beyin travması və gözün travması diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər”.

Hadisə nəticəsində xəsarət alanlar 34 yaşlı Elvin Əliyev, 62 yaşlı Təhmasib Allahverdiyev, 27 yaşlı İdris Kərimovdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı