Modern.az

Bakıda bəzi yollarda svetoforlar işləmir – Mingəçevirə görə

Bakıda bəzi yollarda svetoforlar işləmir – Mingəçevirə görə

Aktual

29 İyun 2019, 15:28

Bakıda cərəyan itkisi ilə əlaqədar olaraq, bəzi kəsişmələrdə svetoforlar işləmir.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

 

Onun sözlərinə görə, sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Hazırda svetoforlarla əlaqəsi olmayan kəsişmələr aşağıdakılardır:

 

M.Hüseyn küç. - Ş.Şamil küç., Ş.İ.Xətai pros. - Əhmədbəy Ağaoğlu küç., Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç., M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı), Q.Qarayev pros. - C.Naxçıvanski küç., Q.Qarayev pros.- A.Manafov küç., Babək pros.- 1-ci Köndələn

 

Qeyd edək ki, bu gün saat 11:35-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

 

“Azərenerji” ASC-dən verilən məlumata görə, son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı dərhal alınıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı