“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti bu ilin avqust ayında daha iki qatar heyəti - 10 vaqonu Bakıya gətirəcək. Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun hərəkət xidmətinin rəisi Etibar İsayev bildirib. Onun sözlərinə görə, yeni qatar tərkibi Bakıya gətirilərndən sonra sazlanma prosesi aparılaraq, xəttə buraxılacaq:
"Növbəti iki qatar tərkibi, 10 qatar isə sentyabr ayında Bakıda olacaq".
E.İsayev bildirib ki, yeni qatarlar əvvəlki qatarlardan bir çox xüsusiyyəti ilə fərqlənir: "Ümumilikdə bu ilin sonuna qədər 6 qatar tərkibi - 30 vaqon Bakıya gətirilərək xəttə buraxılacaq.