Modern.az

“Xətai” metrostansiyası avqustda AÇILACAQ

“Xətai” metrostansiyası avqustda AÇILACAQ

Aktual

2 İyul 2019, 15:24

Bakı Metropoliteninin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir. Bu barədə Modern.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq stansiyada eskalatorlar da quraşdırılıb:

"Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı