Modern.az

Amalya Pənahovanın yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Amalya Pənahovanın yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Aktual

3 İyul 2019, 14:14

Mərhum Xalq artisti Amalya Pənahovanın adı əbədiləşdiriləcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Xalq artisti Amalya Əliş qızı Pənahovanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə:

  1. Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.
  2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı