“Bu il ərzində 42 qaraciyər, 50 böyrək transplantasiyası həyata keçirilib”. Bunu Modern.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi məlumat verib.
M.Kazımi bildirib ki, böyrək köçürülən ən kiçik pasiyentin yaşı 11, qaraciyər köçürülənlərdən isə 3 və 5 yaşlarında olub.
Qeyd edək ki, Azərbaycanda böyrək köçürmə əməliyyatı 12 min, qaraciyər köçürməsi isə 45 min manatdır.