Modern.az

İsrailin hücumuna adekvat cavab veriləcək - Prezident

İsrailin hücumuna adekvat cavab veriləcək - Prezident

Aktual

6 Sentyabr 2019, 22:27

İsrailin ölkəmizə qarşı hər hansı hücumuna adekvat cavab veriləcək.

Modern.az  axar.az-a  istinadən xəbər verir ki, bu sözləri Livan Prezidenti Mişel Aun deyib.

“İsrailin suverenliyimizə və ərazi bütövlüyünə qarşı hər hansı hücumuna müdafiə haqqı ilə qarşılıq veriləcək və nəticələrə görə İsrail məsuliyyət daşıyacaq”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Beyrut səmasında İsrail PUA-larının atəşə tutulması iki ölkə arasında münasibətləri yenidən gərginləşdirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!