Modern.az

Güclü yağış Batumidə fəsadlar törətdi

Güclü yağış Batumidə fəsadlar törətdi

Aktual

6 Sentyabr 2019, 23:27

Güclü yağış Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində ciddi problemlər yaradıb.

Modern.az  “Report”a  istinadən xəbər verir ki, axşam saatlarında başlayan aramsız yağış nəticəsində şəhərin bəzi mərkəzi küçə və yollarını su basıb.

Leysan avtomobillərin hərəkətində məhdudiyyətlər yaradıb. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.

Acarıstanda və Batumidə yağışın sabah da yağacağı proqnoz olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan silah istehsalına başlayır - Şok plan üzə çıxdı