Modern.az

"Ermənistan Azərbaycana məxsus PUA-nı vurmayıb” - Nazirlikdən TƏKZİB

"Ermənistan Azərbaycana məxsus PUA-nı vurmayıb” - Nazirlikdən TƏKZİB

Aktual

25 Sentyabr 2019, 15:36

“Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb”.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat xəbər həqiqətə uyğun deyil:


“Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur”.

Müdafiə Nazirliyi təqdim olunan fotodakı PUA-nın hazırda işğal olunmuş ərazilərdə Ermənistan SQ-nin keçirdiyi təlimlərdə “şərti düşmən” hədəfi kimi istifadə edilən kobud formada hazırlanmış maket olduğunu istisna etmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı