Modern.az

“İtirilmiş torpaqlarımız” silsiləsindən III YAZI

“İtirilmiş torpaqlarımız” silsiləsindən III YAZI

Aktual

30 Sentyabr 2019, 15:58

 Qərbi  Azərbaycanın  Zəngəzur  qəzasını  1918-1920-ci illərdə Rusiyanın hakim siyasi-hərbi qüvvələrinin  və Azərbaycanın  satqın  inqilabçılarının səyi ilə zəbt edən hay kilsəsi və daşnak icması bu işğalçılıqla kifayətlənməyərək, sonrakı mərhələlərdə də bu qəzaya bitişik olan Zəngilan, Qubadlı və Laçın nahiyələrinin torpaqlarını hissə-hissə qoparmağa, mənimsəməyə, qondarma  Ermənistan ərazisinə  daxil etməyə  nail olublar.

  
Zəngilan rayonunun Yuxarı Yeməzli kəndi ilə Qafan rayonu, Hərəək kəndi arasında 2,5 km-lik məsafə var, aralarında əkin yerləri, otlaq-örüş sahələri uzanır. Tarixən Yuxarı Yeməzli kənd sakinləri tərəfindən cənub hissədəki Tursun çayının sahilində əkin yeri kimi istifadə edilən “Şəfi yeri” (25-30 hektar) və kəndin şimal-qərbindəki “Muğan zəmi” (15-20 hektar) H.Aslanov adına üzümçülük təsərrüfatının torpaqları olsa da,  1970-çi illərin sonunda heç bir tarixi-iqtisadi əsas olmadan haylar yaşayan Hərəək kəndinə verilib. Nəticədə 1978-1980-ci illərdə haylar bu yerləri üzüm bağları altına daxil edərək, sərhədlərini kənd sakini Akif Aydın oğlu Qurbanovun (1944) evinin həyərinə qədər uzada biliblər.

  
Bu  hal 1950-ci illərdə  birinci dəfə başlayanda  kənd sakini  Abbasqulu Qurban oğlu (1897-1969) yalın əllə-yaba ilə  hay  təcavüzünün qarşısını ala bilmişdi...

   
Zəngilan rayonu, Qarababa kəndi (hayların yaşadığı bu kənd 30-40 evdən ibarət idi) inzibati ərazi dairəsi kimi ətrafında müsəlman-türk əhli yaşayan Yuxarı, Orta, Aşağı Yeməzli, İskəndərbəyli, Quyudərə və Sarılı  Xəştab, Ağbiz və Ağakişililər kəndini birləşdirirdi. Qarababa kəndindəki  hay kilsəsinin böyrünə  vurulmuş daş lövhədə yazılmışdı: “Qafan rayonu, Qarababa kəndi”.

Hələ  1960-cı illər idi... 

Qarababa kəndi həm də bölgənin maddi-tarixi abidələrinin, arxeoloji qazıntı nümunələrinin zənginliyi ilə fərqlənib.

1984-1985-ci illərdə rayonun Ağkənd ərazisindəki  (kənddən 1 km aralıda) Oxçuçay sahilindəki örüş sahəsinin 10 hektara qədər hissəsi  isə Qafan rayonuna  tullantılar üçün zavod tikintisinə aid  yer ayrılmış və bu məqsədlə istifadə edilmişdir.

 (Yazının hazırlanmasında İskəndərbəyli kənd sakini Əlövsət Allahverdi  oğlu  Qurbanovun (1970) məlumatlarından istifadə edilib.)


Qismət Yunusoğlu, 
Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı