Modern.az

Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçirilir

Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçirilir

1 Oktyabr 2019, 08:33

Oktyabr ayının 1-dən 10-dək Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçiriləcək. 

Modern.az xəbər verir ki, bu proses Prezidentin 2016-cı il 7 sentyabr tarixli "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" Fərmanı əsasında gerçəkləşdirlir.

Dövlət Statistika Komitəsində 32 nəfərdən ibarət Siyahıyaalma qrupu yaradılıb:

Siyahıyaalma zamanı sorğu vərəqəsində hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

İlk dəfə olaraq, siyahıyaalınama zamanı əlilliklə bağlı məsələlər də daxil edilib:

Azərbaycan əhalisinin yeni siyahısı 2022-ci ilin sonunda nəşr olunacaq.

“Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuənin hazırlanması 2021-ci ildə, siyahıyaalmanın yekunlarına dair məcmuələrin nəşr olunması və istifadəçilərə çatdırılması 2022-ci ilin sonunadək nəzərdə tutulub”,-Komitədən bildirilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada