Modern.az

Avropa İttifaqı Brexitlə bağlı bu tarixdə qərar verəcək

Avropa İttifaqı Brexitlə bağlı bu tarixdə qərar verəcək

Aktual

24 Oktyabr 2019, 19:54

Avropa İttifaqı Brexitlə bağlı qərarını cümə günü açıqlayacaq.


Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrin Brüsseldə toplaşan səfirləri İngiltərənin Brexiti təxirə salmaq istəyi ilə əlaqədar qərarın təxirə salınıb-salınmayacağını oktyabrın 25-də elan edəcəklər.


Avropa Şurasının prezidenti Donald Tusk üzv ölkələrin liderlərinə Brexitin təxirə salınmasını tövsiyə edib. O, Britaniyanın Aİ-ni razılaşma olmadan tərk etməsinin qarşısını almağın zəruriliyini vurğulayıb.


Xatırladaq ki, Britaniyanın Baş Naziri Boris Conson Brexitin yanvarın 31-nə qədər təxirə salınması üçün Avropa İttifaqına məktub yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı