Modern.az

 “İran daim Azərbaycan dövlətinin yanında olub və olacaqdır” - Həsən Ruhani 

 “İran daim Azərbaycan dövlətinin yanında olub və olacaqdır” - Həsən Ruhani 

Aktual

24 Oktyabr 2019, 20:17

"Bu gün burada Azərbaycan dövlətinin və Azərbaycan xalqının qonağı olmağımızdan çox sevinirik. Sizi təbrik etmək istəyirəm, Qoşulmama Hərəkatına sədrlik sizə həvalə olunur. Çox sevinirik ki, Sizin ölkənizdə bu Zirvə Görüşünün keçirilməsi üçün çox yüksək təşkilati işlər aparılıb". Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə İran Prezidenti Həsən Ruhani deyib.

"Mən çox şadam ki, hər dəfə Sizinlə görüşdükdə iki ölkə arasındakı əlaqələrdə müsbət bir halın, müsbət bir dəyişikliyin şahidi oluruq. Sizin də qeyd etdiyiniz kimi, müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni, elmi və digər sahələrdə bizim əlaqələrimiz çox müsbət irəliləmişdir. İki ölkənin əlaqələrinin genişləndirilməsi üçün çox yaxşı iqtisadi əməkdaşlıq vardır və bu, hər iki ölkəni sevindirir. Düşünürəm, Azərbaycanda və İranda olan mövcud hakimiyyət və mövcud dövlətlər iki ölkənin mənafeyinin, iki ölkənin rifahının və xalqların rifahının qaldırılması üçün yaxşı işlər görürlər və bu, sevindiricidir. Mən Sizi əmin edirəm ki, İran dövləti və İran xalqı daim Azərbaycan dövlətinin və Azərbaycan xalqının yanında olub və olacaqdır. Ümid edirəm, bugünkü görüşümüzdə də hər iki tərəfi maraqlandıran mövzular haqqında fikir mübadiləsi aparacağıq",- deyə H.Ruhani qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı